2026-cı ilin yaz-yay suvarma mövsümünün yekunları

25 Sentyabr, 2026

Regional Su Meliorasiya Xidməti tərəfindən 2026-cı ilin 8 ayı ərzində əkin sahələrinin suvarma suyu ilə təminatının davamlı və səmərəli təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Bu dövrdə respublika üzrə ümumilikdə 1527,274 min hektarda müxtəlif kənd təsərrüfatı bitkiləri orta hesabla 2,7 dəfə suvarma suyu ilə təmin olunub.
Suvarılan sahələr üzrə göstəricilər:
• Dənli bitkilər – 515.834 hektar (o cümlədən taxıl – 477.508 hektar)
• Pambıq – 91.227 hektar
• Tütün – 2.771 hektar
• Yem bitkiləri – 506.999 hektar
• Bostan-tərəvəz – 75.256 hektar
• Çoxillik əkmələr – 177.469 hektar
• Həyətyanı sahələr – 157.718 hektar.

Meliorasiya və suvarma sistemlərinin dayanıqlı fəaliyyətinin təmin olunması, suvarma suyunun əkin sahələrinə səmərəli çatdırılması istiqamətində tədbirlər davam etdirilir.

Digər