Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə tədbirlərinin icrası ilə bağlı əmr imzalanıb

24 Avqust, 2026

“Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli 1016 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 10 avqust 2026-cı il tarixli F61 nömrəli əmr imzalanmışdır.

Həmin əmrlə Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli 1016 nömrəli Sərəncamının Əlavəsində “Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nın “Su və meliorasiya tədbirləri” hissəsində Xızı, Xaçmaz, Abşeron və Quba rayonları ərazilərində bir sıra işlərin icrası üçün nəzərdə tutulan vəsaitin istifadəsi üzrə sifarişçi funksiyası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə həvalə edilmişdir.

Bununla əlaqədar olaraq, 21 avqust 2026-cı il tarixində Regional Su Meliorasiya Xidmətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Agentliyin tabeliyində olan Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun və podratçı təşkilatın nümayəndələrinin iştirakı ilə görüş keçirilmiş, iş həcmləri və layihə-smeta sənədlərinin hazırlanması məsələləri geniş müzakirə edilmişdir. Bu işlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq tədbirlər müəyyənləşdirilmişdir.

Digər