Dekabr ayının 12-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətində xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş geniş tədbir keçirilmişdir.
Tədbirdə Xidmətin İdarə Heyətinin sədri tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti, onun göstərdiyi yüksək diqqət və qayğısı sayəsində respublikada kənd təsərrüfatının, xüsusilə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verdi.
Hazırda Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, meliorasiya və su təsərrüfatı sahəsində mühüm layihələrin həyata keçirildiyini bildirdi.
Tədbir iştirakçıları tərəfindən Ulu Öndərin əziz xatirəsi böyük məhəbbət və yüksək ehtiramla qeyd edildi.
Allah rəhmət eləsin!