13–14 oktyabr tarixlərində Regional Su Meliorasiya Xidmətinin yerli idarələrinin əməkdaşları üçün Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun Təlim və İnnovasiya Mərkəzində “Suölçən cihazlarının quraşdırılması, təmiri və istifadəsi” mövzusunda nəzəri və praktiki təlimlər keçirilib.
Təlimlərin məqsədi əməkdaşların texniki hazırlığını gücləndirmək, suölçmə avadanlıqlarının düzgün istifadəsi sahəsində bilik və bacarıqlarını artırmaq olub.
İştirakçılar sayğacların quraşdırılması və dəyişdirilməsi üzrə praktiki məşğələlərdə fəal iştirak ediblər.