Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidməti ərazidə bir sıra təmir işləri həyata keçirilib.
Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan İsmayıllı SMSİİ-nin xidməti ərazidə yerləşən 3 nömrəli (800 m³) və 4 nömrəli (1500 m³) su anbarlarında cari təmir işləri həyata keçirilib.
Bununla yanaşı, Xanəgah kəndi ərazisindəki su mənbəyi sahəsində yerləşən zərərsizləşdirmə və tullantı su təmizləyici qurğular kompleksində də yenilənmə və təmir işləri aparılıb.