Regional Su Meliorasiya Xidmətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və Agentliyin Maliyyə və Təminat şöbəsinin müdiri Anar Əliyevin iştirakı ilə iclas keçirilib.
İclasda Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri, sədrin müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti mütəxəssislər iştirak ediblər.Görüş zamanı Xidmət tərəfindən həyata keçirilən tədbirlər, işlərin icrasının daha səmərəli təşkili, proseslərin optimallaşdırılması üçün görülən addımlar, maliyyə vəsaitindən istifadənin vəziyyəti, ilin sonuna gözlənilən nəticələr və fəaliyyətlə bağlı digər məsələlər müzakirə olunub.
Bununla yanaşı, qarşıda duran vəzifələr, 2026-cı il üzrə istismar-təmir planlarının hazırlanması, normativ sənədlərə uyğun olaraq işçi qüvvəsi, maşın-mexanizmlər, nasos və güc avadanlıqlarına olan tələbat və tələb olunan iş həcmləri barədə hesabatların tərtib edilməsi məsələləri də gündəmə gətirilib.İşlərin daha operativ və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov tərəfindən müvafiq tapşırıqlar verilib.