Regional Su Meliorasiya Xidmətində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Xidmətin rəhbərliyinin, şöbə və sektor müdirlərinin iştirakı ilə toplantı keçirilib.
Tədbir Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xidmətin İdarə Heyətinin sədri Zakir Quliyev tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
O, çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, xalqımıza böyük Qələbə sevinci yaşadıb. Bu gün üçrəngli Dövlət Bayrağımız doğma Şuşada, Xankəndidə və işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanır.