Əməyin mühafizəsi üzrə Salyan, İmişli və Tovuz rayonlarında təlimlər təşkil olunub

24 Fevral, 2026

“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin 2026-cı il üzrə Əməyin mühafizəsi üzrə Təlim Proqramına və Mülki müdafiə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sektorunun tədbirlər planına uyğun olaraq 16–20 fevral 2026-cı il tarixlərində Salyan, İmişli və Tovuz rayonlarında təlimlər təşkil olunub.

Təlimlər Xidmətin tabeli qurumlarında fəaliyyət göstərən əməyin mühafizəsi üzrə mühəndislərin iştirakı ilə keçirilib.


Təlimlərin əsas məqsədi Əməyin mühafizəsi üzrə mühəndislərin işinin düzgün təşkili,peşəkarlıq səviyyəsinin artırılması,qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi,və qanunvericiliyin tələblərinin daha dərindən mənimsənilməsi istiqamətində olmuşdur.

Regional Su Meliorasiya Xidməti tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik məsələləri daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir.

Digər