RSMX İdarə Heyətinin sədri Maliyyə və Uçot Şöbəsinin əməkdaşları ilə görüş keçirmişdir

22 Yanvar, 2026

21 yanvar 2026-cı il tarixində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev Maliyyə və Uçot Şöbəsinin əməkdaşları ilə görüş keçirmişdir. Görüş zamanı şöbə tərəfindən 2025-ci ilin yekunları üzrə təqdim olunan qısa hesabatın nəticələri təhlil edilmiş, 2026-cı ildə qarşıda duran əsas vəzifələr ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda, 2025-ci ilin maliyyə hesababtlarının hazırlanması, maliyyə hesabatlılığında operativliyin təmin edilməsi üçün mərkəzləşdirilmiş proqram təminatında bütün modulların tədbiqinin vacibliyi vurğulanmış, əmkdaşların peşəkarlığının daha da artırılması istiqamətində işlərin görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Digər