Tovuz SMSİİ-də obyekt mülki müdafiə məşqi keçirilib

17 İyun, 2026

Regional Su Meliorasiya Xidmətinin 2026-cı il üzrə Mülki Müdafiə Tədbirləri Planına uyğun olaraq Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Fövqəladə hadisələr zamanı idarəetmənin, rabitə-xəbərdarlığın və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.Məşq zamanı çıxış edən Xidmətin Mülki Müdafiə Qərargahının rəisi Məmməd İmanzadə bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmə və xəbərdarlıq sistemlərinin yoxlanılması, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin artırılması, qarşılıqlı fəaliyyət mexanizmlərinin gücləndirilməsi və işçilərin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılmasıdır. Keçirilən məşq zamanı qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib, fövqəladə hallara hazırlıq səviyyəsi qiymətləndirilib və nəzərdə tutulan məqsədlərə nail olunub.

Digər