Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin rəhbərliyi ilə son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar nəticəsində baş vermiş daşqın və su basması halları ilə bağlı geniş müzakirə aparılıb.İclas zamanı mövcud vəziyyət ətraflı təhlil olunub, həyata keçirilmiş tədbirlər dəyərləndirilib və qarşıda duran əsas vəzifələr müəyyən edilib.Eyni zamanda, yaranmış fəsadların aradan qaldırılması, ərazilərdən suların operativ şəkildə kənarlaşdırılması və gələcəkdə oxşar halların qarşısının alınması məqsədilə müvafiq tapşırıqlar verilib.Qeyd edək ki, xidmət tərəfindən bütün ərazilərdə vəziyyət nəzarətdə saxlanılır və operativ tədbirlər davam etdirilir.