Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovun tapşırığına əsasən, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin idarə heyətinin sədri Zakir Quliyev tərəfindən Xidmətin İdarə Heyətinin sədr müavinləri, sədrin müşaviri və işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən idarələrin rəhbərlərinin iştirakı ilə Xankəndi şəhərində Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində iclas keçirilmişdir.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Xidmətin aidiyyəti qurumları tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşdırılması məqsədilə su təchizatı, kanalizasiya, suvarma və meliorasiya şəbəkələrinin bərpası istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.
İdarələr üzrə görülən işlər, icrada yaranan çətinliklər və onların aradan qaldırılması üçün zəruri tədbirlər müzakirə edilib.Həmçinin magistral, qəsəbə və kənd daxili su təchizatı şəbəkələrinin texniki vəziyyətinin yoxlanılması, daim nəzarətdə saxlanılması və əhalinin fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunması ilə bağlı idarə rəhbərlərinə tapşırıqlar verilib.
Eyni zamanda, Ağdərə, Xocavənd və Cəbrayıl rayonlarının əhalinin köçürülməsi nəzərdə tutulan yaşayış məntəqələrinə baxış keçirilib, su mənbələri araşdırılıb və həmin məntəqələrin su təchizatı ilə bağlı təkliflər müzakirə olunub.