Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri ilə Türkiyənin “DoCotton Group” şirkətinin direktoru və şirkətin nümayəndələri arasında görüş keçirilib
07 İyul, 2026
7 iyul 2026-cı il tarixində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev ilə Türkiyənin “DoCotton Group” şirkətinin direktoru Mehmet Doğan və şirkətin nümayəndələri arasında görüş keçirilib.Görüş zamanı Azərbaycanda pambıqçılıq, iplik, tekstil və geyim istehsalı sahələrində investisiya imkanları, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, “DoCotton Group” tərəfindən ölkəmizdə həyata keçirilməsi planlaşdırılan pambıq əkinlərinin suvarma suyu ilə təmin olunması məsələsi müzakirə edilib, bu istiqamətdə mövcud imkanlar və əməkdaşlıq perspektivləri dəyərləndirilib.Görüşdə Türkiyənin aparıcı tekstil istehsalçılarından biri olan “DoCotton Group” şirkətinin Azərbaycanda reallaşdıracağı layihələrin əhəmiyyəti vurğulanıb. Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev Xidmətin səlahiyyətləri çərçivəsində layihələrin su təminatı ilə bağlı mümkün dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.