Regional Su Meliorasiya Xidməti və tabeli idarələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
06 Aprel, 2026
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti və tabeli idarələr hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində Abşeron rayonunun bir sıra ərazilərində müəyyən çətinliklər yaranmışdır. Buna baxmayaraq, Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən ərazilərdə toplanmış yağış sularının kənarlaşdırılması istiqamətində gücləndirilmiş iş rejimində fasiləsiz tədbirlər həyata keçirilir.
Əməkdaşlar və xüsusi texnikalar ərazilərə cəlb olunaraq yağış sularının operativ şəkildə təxliyyəsi təmin edilir.