ADSEA yanında SİMDNX tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC-nin inzibati binasının açılış mərasimi keçirilib

04 İyun, 2026

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib, Xidmətin son bir il ərzində hesabatı dinlənilib.

Tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin “SEDAM” MMC-nin kollektivi iştirak edib.

Əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulub və təchiz edilib.

İnzibati bina ilə tanışlıqdan sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən son bir il ərzində görülən işlərə dair hesabat dinlənilib.

Digər