ADSEA tərəfindən Xankəndi şəhərinə mediaturun 2-ci günü təşkil edilib

04 İyun, 2026

03–04 iyun 2026-cı il tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qarabağ bölgəsində həyata keçirilən iri həcmli layihələrlə yerində tanışlıq, həmçinin 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü peşə bayramı münasibətilə Ağdərə rayonunda yerləşən Sərsəng Su Anbarı, eləcə də Xankəndi və Şuşa şəhərlərinin içməli su təchizatı sistemlərində görülən işlər barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə mediatur təşkil olunub. 

Mediaturun ikinci günü Xankəndi şəhərində yerləşən Qarabağ Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin inzibati binasına, Xankəndi şəhər 1 saylı sutəmizləyici qurğular kompleksinə, Şuşa tullantı sutəmizləyici qurğusunun tikinti sahəsinə və Şuşa sutəmizləyici qurğular kompleksinə baxış keçirilib.

Qeyd edək ki, mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 16 media qurumunun nümayəndələri yer alıblar.

Digər