Regional Su Meliorasiya Xidmətində əməkdar mühəndisin 80 illik yubileyi qeyd edilib

02 İyul, 2026

02 iyul 2026-cı il tarixində Regional Su Meliorasiya Xidmətində uzun illər meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərmiş, respublikanın Əməkdar mühəndisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Abdulrəhim Mövlud oğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri çıxış edərək yubilyarın meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına verdiyi töhfələrdən, zəngin əmək fəaliyyətindən və peşəkar xidmətlərindən bəhs edib. Bildirilib ki, Abdulrəhim Hacıyev uzun illər ərzində öz bilik və təcrübəsi ilə ölkənin su təsərrüfatının inkişafına mühüm töhfələr verib.Çıxış zamanı yubilyara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulanıb.Tədbir iştirakçıları Abdulrəhim Hacıyevlə bağlı xatirələrini bölüşərək onu 80 illik yubileyi münasibətilə təbrik ediblər.
Yubilyar göstərilən diqqət və ehtirama görə Regional Su Meliorasiya Xidmətinin rəhbərliyinə, tədbirin təşkilində əməyi olan şəxslərə və kollektiv üzvlərinə təşəkkürünü bildirib.

Tədbirin sonunda Abdulrəhim Mövlud oğlu Hacıyevə xatirə hədiyyəsi təqdim edilib.

Digər