Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasında tabeli qurumların aidiyyəti əməkdaşları üçün kargüzarlıq sahəsinə həsr olunan təlim təşkil edilib.
Təlimin məqsədi sənəd dövriyyəsinin düzgün və operativ təşkilini təmin etmək, həmçinin əməkdaşların peşəkar bilik və bacarıqlarını daha da artırmaq olub. Tədbir çərçivəsində sənəd dövriyyəsinin təşkili, kargüzarlıq işinin aparılması, vətəndaş müraciətlərinə baxılması, eləcə də arxiv işinin vahid tələblər əsasında həyata keçirilməsi ilə bağlı geniş mühazirələr təqdim olunub.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iş proseslərinin daha səmərəli təşkili istiqamətində tövsiyələr verilib.
Bu cür maarifləndirici tədbirlər əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sənəd dövriyyəsinin keyfiyyətinin artırılmasına və idarəetmə fəaliyyətinin daha effektiv təşkilinə mühüm töhfə verir.