Kür çayında müşahidə olunan yüksək bulanıqlıq səbəbindən sutəmizləyici qurğuların fəaliyyətində müvəqqəti çətinlik yaranmışdır. Bununla əlaqədar olaraq Yevlax şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılmışdır.
Hazırda vəziyyətin stabilləşdirilməsi və su təchizatının qısa müddətdə bərpa olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk.