Göygöl şəhərində su təchizatında fasilə yaranıb

21 Sentyabr, 2026 | 07:55

Göygöl şəhəri Əziz Əliyev küçəsində diametri 180 mm olan polietilen su xəttində qəza baş verib. Qəzanın aradan qaldırılması ilə əlaqədar Göygöl şəhərinin Qaçaq Nəbi, Koroğlu, Həzi Aslanov, Şəhriyar, Vidadi, İsrafil Məmmədov, Mikayıl Müşfiq, Bülbül, Qara Qarayev, İqbal Verdiyev, Ordubadi, Babək, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Dilqəm Verdiyev, Əziz Əliyev, Ələğa Şıxlinski və Cəfər Cabbarlı küçələri, həmçinin Qızılqaya qəsəbəsində su təminatında müvəqqəti fasilə yaranıb.Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

Suyun verilişinin bu gün axşam saatlarında bərpa olunması nəzərdə tutulur.
Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edirik.