Abşeron rayonunun bəzi ərazilərində su təchizatında fasilə yaranacaq

21 May, 2026 | 08:26

Abşeron rayonu Masazır qəsəbəsində Rafiq Dünyamalıyev küçəsində d=160 mm olan su xəttində qəza baş vermişdir. Bununla əlaqədar Masazır qəsəbəsinin bir hissəsində suyun təchizatında fasilələr yaranacaqdır. Görülən işlər yekunlaşdıqdan sonra gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaqdır.

 
Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk.