Kür çayında suyun bulanıqlığının normadan artıq olması ilə əlaqədar Saatlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında əhaliyə içməli suyun verilişində fasilələr yaranacaq.Suyun bulanıqlıq göstəricilərinin normativ tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.İçməli suyun verilişi suyun keyfiyyət göstəricilərinin normaya uyğunlaşmasından sonra mərhələli şəkildə bərpa ediləcək.
Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk