Hacıqabul rayonunun bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

17 Mart, 2026 | 14:00

17 mart tarixində Hacıqabul rayonunun Heydər Əliyev prospektində yerləşən d=400 mm diametrli polietilen su xəttində baş vermiş qəza ilə əlaqədar rayonun bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaqdır.Hazırda qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlər yekunlaşdıqdan sonra axşam saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaqdır.Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbir və anlayışa görə təşəkkürümüzü bildiririk.