Göyçay rayonun təxminən 50 faizinin içməli su ilə təminatında mühüm rol oynayan Nizami küçəsində yerləşən 2x2000 m³ tutumlu su anbarında təsdiq olunmuş qrafikə uyğun olaraq yuyulma və dezinfeksiya işlərinə başlanılmışdır.Aparılan işlərlə əlaqədar olaraq təxminən 6000 abonentin su təchizatında müvəqqəti fasilə yaranacaqdır.Görülən işlər yekunlaşdıqdan sonra gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaqdır.
Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk.