Kürdəmir rayonunun bəzi ərazilərində su təchizatında fasilə yaranacaq

10 Aprel, 2026 | 07:03

Kürdəmir rayonu ərazisində, Ağsu–Bəhrəmtəpə magistral yolunun 30-cu kilometrliyində diametri 500 mm olan Külüllü–Kürdəmir içməli su xəttində qəza baş vermişdir.Qəzanın aradan qaldırılması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq rayon üzrə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaqdır. Təmir işləri yekunlaşdıqdan sonra gün ərzində içməli suyun verilməsi bərpa ediləcəkdir.

Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbrə görə təşəkkür edirik.