Külüllü–Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş vermişdir. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır. Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar 10 sentyabr 2026-cı il tarixində saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcəkdir.
Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk.