Abşeron rayonunun bəzi ərazilərində su təchizatında fasilə yaranacaq

07 May, 2026 | 11:55

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində su təzyiqini artırmaq və təchizatı yaxşılaşdırmaq məqsədilə yeni çəkilən xətdə təmir işləri həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq, 28 May, Pirəkəşkül, Aşağı Güzdək, Çaylı qəsəbələrində və Hərbi şəhərcikdə içməli su təchizatında səhər saatlarından etibarən fasilələr yaranacaqdır. Təmir işləri yekunlaşdıqdan sonra gün ərzində içməli suyun verilməsi bərpa olunacaqdır.   


Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir və təşəkkürümüzü bildiririk.