Lənkəran rayonunun bəzi ərazilərində su təchizatında fasilə yaranacaq

07 Aprel, 2026 | 07:15

7 aprel tarixində Lənkəran rayonu Digah kəndində diametri 160 mm olan içməli su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə təmir işləri aparılacaqdır.

Bununla əlaqədar olaraq Digah və Şilavar kəndlərinin bir hissəsində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaqdır. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi gün ərzində əvvəlki rejimlə bərpa ediləcəkdir.

Yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbirə görə təşəkkürümüzü bildiririk.