Lənkəran rayonu ərazisində yerləşən Digah kəndində diametri 110 mm olan içməli su xəttində baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işlərinə başlanılacaqdır.Aparılacaq işlərlə əlaqədar olaraq Digah kəndinin bir hissəsində abonentlərə içməli suyun verilməsində müvəqqəti fasilələr yaranacaqdır. Təmir-bərpa işləri başa çatdıqdan sonra su təchizatı əvvəlki rejimdə bərpa olunacaqdır.
Yaranmış müvəqqəti narahatlıqla bağlı abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərilən səbirə görə təşəkkürümüzü bildiririk.