Zakir Bəybala oğlu Quliyev

Zakir Bəybala oğlu Quliyev

Zakir Bəybala oğlu Quliyev (1 aprel 1966, Sabirabad rayonu) — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri.

Həyatı və təhsili
Zakir Quliyev 1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olub.
1991-ci ildə Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

Əmək fəaliyyəti
1986–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstəsində fəhlə, iş ustası, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.
1991–1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib.
1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu dövrdə Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifələrini tutub.
2006–2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində fəaliyyət göstərib.
26 iyun 2024-cü ildən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Təltif və fəxri adları
2009-cu ildə meliorasiya və su təsərrüfatının inkişafı sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
2018-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunub.
2026-cı ildə II dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Ailəlidir, üç övladı var.